Bu ölkə MiQ-29-ların Ukraynaya təhvil verilməsini təsdiqlədi

Slovakiya hökuməti MiQ-29 qırıcılarının Ukraynaya təhvil verilməsini təsdiqləyib.
"Azdin.az" xəbər verir ki, bu barədə Slovakiyanın "Rravda" nəşri məlumat dərc edib. 
"Hökumət beynəlxalq müqaviləni yekdilliklə təsdiqlədi və MiQ-29 və "Kub" hava hücumundan müdafiə sistemini Ukraynaya təmənnasız olaraq təhvil verməyi qərara aldı", - Slovakiyanın baş naziri vəzifəsini icra edən Eduard Geger bildirib.

Xəbər lenti
Çox oxunanlar