Xəbər verdiyimiz kimi, bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan “C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
Azdin.az xəbər verir ki, hərbi ekspert Ədalət Verdiyev Globalinfo.az-a açıqlamasında “C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat, paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə yetirilməsi əməliyyatlarında istifadə olunacağını bildirib.
“Bununla birlikdə “C-27J Spartan” təyyarələrinin alınmasının əsas səbəbi Azərbaycan Ordusunun logistik imkanlarının artırılmasıdır. İtaliya-ABŞ birgə istehsalı olan təyyarələr hərbi nəqliyyat sinfinə aiddir.
Bu təyyarələrdən 2022-ci ildə 87 ədəd sifariş edilib. Bunlardan iki ədədini də məhz Azərbaycan sifariş etmişdi. Ümumilikdə təyyarənin arsenalımıza daxil edilməsi modernləşdirmə proqramının bir hissəsidir”.
Ekspert deyib ki, “C-27J Spartan” təyyarələrini bir ədədinin qiyməti 53,3 milyon dollardır:
“NATO üzvü olan ölkələr, eləcə də Mərakeş, Peru, Türkmənistan və CAD bu təyyarələrdən istifadə edir. Təyyarənin uzunluğu 22.7, qanad uzunluğu isə 28.7 mm-dir. Ümumi hündürlüyü 9.65 metrdir. Təyyarə 11.5 ton yükü hərbi texnika ilə birlikdə daşıya bilir”.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23