Zəfər və Dövlət Bayrağı günləri ilə əlaqədar qeyri-iş günləri olan noyabrın 8–13-də bankların, "Azərpoçt” MMC-nin bir sıra filial və şöbələrinin, eləcə də valyuta mübadilə məntəqələrinin fəaliyyət göstərəcəyi bildirilib.
Azdin.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, qeyri-iş günlərində vətəndaşların və ölkəmizi ziyarət edən qonaqların valyuta mübadiləsi xidmətlərinə çıxışını təmin etmək məqsədilə 19 bankın 180 xidmət nöqtəsi (5 bankın 12 xidmət nöqtəsi 24 saat rejimində), "Azərpoçt” MMC-nin 68 şöbəsi və valyuta mübadilə məntəqələri xidmət göstərəcək.
Həmçinin, noyabrın 11-də başlayacaq COP29 tədbiri və digər əlamətdar günlər zamanı Mərkəzi Bankın 966 Qaynar xətti 09:00-18:00 saatları ərzində fəaliyyətini davam etdirəcək.
Banklar, "Azərpoçt” və valyuta məntəqələrinin iş qrafiki ilə bağlı əlavə məlumat üçün müvafiq keçidlər təqdim olunub. COP29 konfransı ilə bağlı bankların ATM və POS-terminal infrastrukturunun davamlı işləməsi də xüsusi diqqətdə saxlanılacaq.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23