Son bir neçə gün ərzində müşahidə edilən küləkli hava şəraiti Gəncədə bir neçə irigövdəli ağacın aşmasına səbəb olub.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, mərkəzi meydanda yeni il üçün qurulan şam ağacından başqa bir neçə mərkəzi küçələrdə də ağaclar aşıb:
“Şəhərin bir neçə küçə və prospektlərində - Şahlar Hüseynov küçəsi, Nəriman Nərimanov prospekti, Yeni Gəncə Yaşayış Massivi, Təbriz küçəsi, Zülfüqar Məmmədov küçəsi, Gülüstan Yaşayış massivi, Nizami prospektində irigövdəli ağaclar aşıb. Aidiyyəti üzrə əməkdaşlarımız tərəfindən sözügedən ünvanlara baxış keçirilib. Küləyin fəsadları aradan qaldırılıb, aşmış ağaclar küçələrdən təmizlənib”.
Ağacların məzar daşının üzərinə aşması ilə bağlı isə bildirilib ki, məsələ araşdırılır:
“Güclü külək səbəbindən kökündən çıxan, qırılaraq aşan ağacların zərər vurduğu bütün məzarlar “Səbzikar” Dəfn Xidmətləri MMC tərəfindən bərpa ediləcək”.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23