DİN-dən azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı AÇIQLAMA

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi barədə yayılan xəbərlərə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlamasında bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır: “Məsələ barədə əlavə məlumat veriləcək”.
 
Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında sevgilisi tərəfindən ölümcül döyülməsi barədə paylaşım edib.
 
O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib.

Xəbər lenti
Çox oxunanlar