Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq ÖLDÜ

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
 
Hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Semur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.
 
Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar