Daha bir klub bu məsələdə şübhəli bilinir. Söhbət "İrəvan"dan gedir. Qərbi Azərbaycan təmsilçisinin 7 üzvü dünən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən sorğu-sual edilib. Onlar Azərbaycan Kubokunun 1/8 finalında "Araz-Naxçıvan"la (2:8) oyunun nəticəsinə görə dindiriliblər.
"Dünən futbolçuları bu məsələ ilə bağlı dindirilib. Oyunçular "Araz-Naxçıvan"la kubok matçına görə sorğu-sual edilib. Məsələ ilə bağlı araşdırma davam edir".
"İrəvan"ın prezidenti Zahid Niyazəliyevin geniş müsahibəsini sabah saytımızdan oxuya bilərsiniz.