Cavid Qurbanovun sədr olduğu zaman yaradılan ödənişli parkinq boşaldıldı - FOTO


"Azərbaycan Dəmir Yolları" QSC-nin balansında olan ərazidə - Bakının Nəsimi rayonu Puşkin küçəsində (Dövlət Dəmir Yol Xəstəxanasının qarşısı) yaradılan ödənişli parkinq də boşaldılıb.
 
Nəqliyyatı Əlaqələndirmə Şurasının qərarına əsasən, artıq bu gündən metronun “28 May” stansiyasının qarşısı və Bakı Dəmiryol Vağzalının qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat habının yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır. Qərarın icrasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə həyata keçirəcək. Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.
 
Qeyd: Dövlət Dəmir Yol Xəstəxanasının qarşısındakı parkinq 2021-ci ildə yaradılıb. Həmin vaxt QSC-nin sədri Cavid Qurbanov olub. Hətta mətbuatda parkinqin ona məxsus olduğu iddia edilirdi. 

Xəbər lenti
Çox oxunanlar