Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Hamlet İbrahimovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest qismən təmin edilib, Nizami Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 1 il 10 ay 2 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 1 il 10 ay 23 günlə əvəzlənib.
İttihama görə, Hamlet İbrahimov etibardan aldatma və sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə heç bir səlahiyyəti olmadığı halda tanışı zərərçəkmiş şəxs Sahib Əliyeva (şərti) SOCAR-a sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib. O, bu adla həmin şəxsdən 2021-ci ilin dekabr ayının sonlarında 2 000 manat pul alıb.
Bundan başqa, Hamlet İbrahimov tanışı, zərərçəkmiş Vaqif Məmmədova SOCAR tərəfindən yeni layihə əsasında aparılan tikintidə çalışan işçiləri qida ilə təmin etmə işinin ona həvalə edilməsinə köməklik edəcəyinə dair yalan vəd verib. O, bu yolla zərərçəkmişdən 2022-ci ildə paytaxtın Nizami rayonu ərazisində 700 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Daha sonra təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyib və cinayət məsuliyyətinə cəlb olunub.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23