Azərbaycan Ordusu tərəfindən Qarabağ bölgəsində həyata keçirilən antiterror əməliyyatının ilkin mərhələsində Ermənistan silahlı qüvvələrinin səngər, atəş mövqeyi və dayaq məntəqələrində, eləcə də daimi dislokasiya yerlərində əvvəlcədən yerləri müəyyən edilmiş izləmə-müşahidə vasitələri legitim hərbi hədəf olaraq sıradan çıxarılıb.
Bu barədə Azdin.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq optik-elektron və müşahidə kameraları bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək, onlara qarşı müxtəlif xarakterli təxribat fəaliyyətləri həyata keçirmək məqsədilə kustar üsulla hazırlanaraq 480 kilometrədək təmas xətti boyunca 10-15 və 20-30 metr hündürlükdə quraşdırılmışdı.
Qarabağ iqtisadi rayonunda kəşfiyyat vasitələrimiz tərəfindən müəyyən edilmiş Ermənistan silahlı qüvvələrinə məxsus optik-elektron və müşahidə kameraları Ordumuzun arsenalında olan yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılmışdır.
Xatırladaq ki, Qarabağda antiterror əməliyyatı 19-20 sentyabr 2023-cü ildə keçirilib.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23