Bakıda 1 yaşlı körpəsini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Bağıyevanın barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Azdin.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası iyunun 4-nə təyin edilib.
Şikayət hakim Sabit Bəhrəmzadənin sədrliyi ilə araşdırılacaq.
O, cəzasının yüngülləşdirilməsini istəyir.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə 2022-ci ilin sentyabrında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyeva 2021-ci il təvəllüdlü uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
N.Bağıyevaya qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bu gün, 14:31
Bu gün, 14:28
Bu gün, 12:21
Bu gün, 11:40
Bu gün, 11:38
Bu gün, 11:34
Bu gün, 11:09
Bu gün, 09:45
Dünən, 15:14
Dünən, 15:10
Dünən, 15:04
Dünən, 15:02
Dünən, 15:02
Dünən, 14:24
Dünən, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06