Azərbaycanda məşhur şirkətlərin rəhbərinə 25 min manatlıq cərimə protokolu tərtib edilib. Azdin.az-ın məlumatına görə, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən "Harmony İndustrial Construction and Engeering Group" MMC-nin qanuni təmsilçisi Orucov Əlövəst Bilal oğluna tərtib olunub.
Ona siyasi, sosial və əmək hüquqları əleyhinə olan İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə görə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoyun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Əlövsət Orucov dövlət qurumlarının böyük məbləğli tenderlərinin qalibi olan "Piramida-2001" MMC və "A-Marble" MMC-nin də sahibidir.
Yeri gəlmişkən, Əlövsət Orucov 3 şirkətin sahibi olsa da, iş adamı kimi onun barəsində açıq mənbələrdə hər hansı məlumat yoxdur. Bu da onun əslində "proxy" şəxs olduğu barədə şübhələri artırır.
Bu gün, 11:19
Dünən, 15:45
Dünən, 10:15
Dünən, 10:13
Dünən, 10:12
Dünən, 10:06
1-07-2025, 16:02
1-07-2025, 16:01
1-07-2025, 15:55
1-07-2025, 15:53
1-07-2025, 15:52
1-07-2025, 09:57
1-07-2025, 09:46
1-07-2025, 09:44
30-06-2025, 15:23
30-06-2025, 15:22
30-06-2025, 15:21
30-06-2025, 15:18
30-06-2025, 15:17
30-06-2025, 11:52