Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.
Azdin.az DSX-ya istinadla bildirir verir ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabr ayının 2-də 1 nəfər İran İslam Respublikası, oktyabrın 4-də 2 nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində 2 nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 1 nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.
Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.
Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu gün, 11:52
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27