Beyləqanda məktəbli bıçaqlanıb, 7-ci sinif şagirdi saxlanılıb

Beyləqanda məktəblilər arasında baş verən mübahisə bıçaqlanma ilə nəticələnib.
 
Hadisə Beyləqan şəhəri ərazisində qeydə alınıb. Beyləqan rayon 2 saylı məktəbin 11-ci sinif şagirdi H. Hüseynov həmyerlisi 7-ci sinif şagirdi H. Qasımlı tərəfindən bıçaqlanıb.
 
Hadisə dərsdən sonra baş verib. H.Qasımlı polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır./APA

Xəbər lenti
Çox oxunanlar