ADY-yə məxsus elektrovozun vurduğu yeniyetmənin anasından ürəkdağlayan fəryad - VİDEO

Oktyabrın 29-u axşam saat 10 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkətdə olan zaman iki nəfəri vurub.
 
Hadisə nəticəsində 1995-ci il təvəllüdlü Elməddin Fərzəliyev və 2007-ci il təvəllüdlü Səbuhi Zərbəliyev qatarın altında qalıblar.
 
Hər iki şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib.
 
Sakinlər qəza ilə bağlı bir sıra iddialar səsləndirib.
 
"Elektrovozun işığı yanmırdı, yansaydı görüb saxlayardı", - deyə Elməddin Fərzəliyevin əmisi bildirib.
 
Vətəndaşların iddiaları ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, səsləndirilən fikirlər həqiqəti əks etdirmir.
 
Ətraflı Baku TV-nin süjetində:

 

Xəbər lenti
Çox oxunanlar