Dövlətə xəyanətdə ittiham olunan şəxs kassasiya şikayəti verdi

Dövlətə xəyanətdə təqsirləndirilən Tərlan Abbasovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Azdin.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək prosesdə dekabrın 17-nə təyin edilib.

Şikayət hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: Tərlan Abbasova Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tərlan Abbasov 17 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Xəbər lenti
Çox oxunanlar