Balakəndə yaşayış evi yanıb, yanğınsöndürən xəsarət alıb.
"Azdin.az" xəbər verir ki, yanğın hadisəsi bu gün Balakən rayon Yeni Şərif kənd sakini 1961-ci il təvəllüdlü Urkayev Paşa Ramazan oğluna məxsus yaşayış evində baş verib. Yanğın yerinə Balakən YMH-dən yanğınsöndürən texnikalar və şəxsi heyət cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 130 kv metr olan 1 mərtəbəli 4 otaqlı yaşayış evinin 100 kv metr hissəsi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi zamanı Balakən YMH-nin bir nəfər yanğınsöndürəni yanıq xəsarətləri alaraq Balakən rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Yanğının səbəbi araşdırılır.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23