Bank kartlarından oğurluq edən şəxs saxlanıldı

Paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pulun oğurlanması barədə polisə məlumat daxil olub. 
DİN-dən "Azdin.az"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini 2002-ci il təvəllüdlü Surət Əliyev müəyyən olunaraq saxlanılıb. 
Araşdırmalarla onun eyni üsulla 5 nəfərin bank hesabından 4 min manata yaxın vəsaiti oğurlaması müəyyən olunub. 
Araşdırmalar davam etdirilir.

Xəbər lenti
Çox oxunanlar