Sərxoş kişi kafedən evə gedərkən yıxılıb öldü

Oğuzda kişi yıxılaraq ölüb.

"Azdin az" xəbər verir ki, Oğuz şəhər sakini 1956-cı il təvəllüdlü Qaffarov Fazil Vahil oğlu kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə yaşadığı evə gedərkən müvazinətini itirərək yıxılıb.


Müxtəlif dərəcəli bədən xəsarətləri alıb, səhəri günü ailə üzvləri tərəfindən Şəkidə xəstəxanaya yerləşdirsə də, orada ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar