Sərnişin avtobusları toqquşub, xəsarət alanlar var

Bakıda iki sərnişin avtobusu toqquşub.

"Azdin az" xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.


Bildirilib ki, bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar