Lənkəran Ağır Cinayətlər Məhkəməsində Ağcabədidə yol qəzası törətməkdə təqsirləndirilən Əli Məmmədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaq başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Nahid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, 31 mart 2023-cü il tarixdə, saat 11 radələrində Ağcabədi rayonu, Hacıbədəlli kəndi istiqamətində qeydə alınıb.
Belə ki, rayon sakini, 2001-ci il təvəllüdlü Əli Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə “Mercedes-Benz” markalı mikroavtobusla toqquşub. Nəticədə “VAZ”da olan sərnişin Mərhəmət Həsənov ölüb.
Daha sonra Əli Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.