Gəncədə universitet YANIR

Gəncədə yanğın hadisəsi baş verib. 

"Azərbaycan Reallığı" xəbər verir ki, hadisə Azərbaycan Texnologiya Universitetində qeydə alınıb. Təhsil müəssisəsinin I korpusunun üçüncü mərtəbəsində yanğın başlayıb. Sinif otaqlarından birinin 5 kvadratmetr sahədə döşəməsi yanıb. 


Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və təcili tibbi yardım briqadası cəlb olunub. Alov söndürülüb. Binanın digər hissələri yanğından mühafizə edilib. 

Xəbər lenti
Çox oxunanlar