Xocavənddə yük avtomobili aşıb, sürücü ölüb - VİDEO


Xocavənd rayonunda yük avtomobili aşıb, sürücü ölüb. 

Hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb. Abşeron rayon sakini, 1979-cu il təvəllüdlü Həsənov Adil Qardaşxan oğlu "Hovo" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü A. Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı APA-ya faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Xəbər lenti
Çox oxunanlar