Bu barədə DSX məlumat yayıb.
Keçirilmiş tədbirlər nəticəsində Xəzər dənizinin cənub istiqamətində Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində “BA-580” bort nömrəli “Yamaha-25” mühərriklə təchiz edilmiş qayıqda Lənkəran rayon Balıqçılar qəsəbə sakini 1989-cu il təvəllüdlü Cəfər Bahadır oğlu Ağayev sahilə yan alarkən sərhəd naryadı tərəfindən saxlanılıb.
Qayığa baxış zamanı yeddi bağlamada ümumi çəkisi 29 kiloqram 715 qram narkotik vasitə marixuana, “Baikal” ov tüfəngi, iyirmi dörd ədəd patron, həmçinin “Garmin” GPS cihazı, “Samsung Galaxy A5” və “KGTEL” markalı mobil telefonlar aşkar olunaraq götürülüb.
Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.