“Xural” internet telekanalının həbsdə olan rəhbəri Əvəz Zeynallı və Elnur Şükürovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayır.
Azdin.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 8-nə təyin edilib.
Şikayət hakim Anar İbrahimovun sədrliyi ilə araşdırılacaq.
Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əvəz Zeynallı 9 il, Elnur Şükürov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Əvəz Zeynallı Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (rüşvət alma- təkrar və külli miqdarda törədildikdə), 311.3.4-cü (ağırlaşdırıcı hallarda rüşvət alma), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1-ci (qabaqcadan əlbir olan şəxslər tərəfindən dələduzluq törətmək), 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) və digər maddələri ilə ittiham irəli sürülüb.
Dünən, 14:31
Dünən, 14:28
Dünən, 12:21
Dünən, 11:40
Dünən, 11:38
Dünən, 11:34
Dünən, 11:09
Dünən, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06