Bakıda polis silahla ehtiyatsız davranaraq həyatını itirib

Aprelin 8-də Bakıda polis nəfərinin silahla ehtiyatsız davranması nəticəsində ölümlə nəticələnən hadisə baş verib.
 
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə tabel silahını təmizləyərkən baş verib. Göstərilən tibbi müdaxilələrə baxmayaraq 1988-ci il təvəllüdlü polis nəfəri Ruslan Kazımov həyatını itirib.
 
Araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar