Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Azdin.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses aprelin 16-na təyin edilib.
Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırlatma: Bakı Hərbi Məhkəməsinin hökmü ilə Adil Hüseynov 8 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.
Qeyd: Adil Hüseynov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.
Adil Hüseynovun barəsində Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin sabiq rəis müavini - səfərbərlik şöbəsinin rəisi Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Dünən, 14:31
Dünən, 14:28
Dünən, 12:21
Dünən, 11:40
Dünən, 11:38
Dünən, 11:34
Dünən, 11:09
Dünən, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06