180 min manatlıq dələduzluq edən şəxs qərardan narazıdır

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Sərxan Tağıyevin barəsindəki hökmdən kassasiya şikayəti verilib. 
 
Azdin.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək ilkin hazırlıq iclası aprelin 30-na təyin edilib.
 
Şikayət hakim Rəşad Abdulovun sədrliyi ilə araşdırılacaq.
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Tağıyevə 5 il 11 ay 27 gün azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib. 
 
Qeyd: Sərxan Tağıyevə Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq -külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib. O, zərərçəkmişlərə ümumilikdə 186 min manatlıq ziyan vurub.

Xəbər lenti
Çox oxunanlar