Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Hacağa Zeynalovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Hacağa Zeynalov nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş halda avtomobil idarə edib yol hərəkəti qaydalarını pozmaqla, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ona maddi zərər vurulmasına səbəb olub. Eyni zamanda, o, yol nəqliyyat hadisəsi yerindən qaçıb.
Hadisə 9 iyul 2021-ci il tarixdə, saat 23 radələrində Quba rayonunda qeydə alınıb.
Belə ki, Hacağa Zeynalov nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan, sərxoş vəziyyətində idarə etdiyi “Hyundai Sonata” markalı avtomobillə Quba şəhəri Fətəli xan küçəsi ilə Qəçrəş kəndi istiqamətində hərəkətdə olub. Bu zaman o, həmin yolla eyni istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü, zərərçəkmiş Fərid Mirzəyevin idarə etdiyi “Moon” markalı mopedi arxa hissəsindən vurub. Daha sonra Hacağa Zeynalov hadisəsi yerindən qaçıb.
Ağır bədən xəsarəti alan yaralı 14 iyul 2021-ci il tarixdə müalicə aldığı Quba Müalicə Diaqnostika Mərkəzində ölüb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi Hacağa Zeynalovun şikayətini təmin etməyib. Daha sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Qeyd: Mərhum Fərid Mirzəyev Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi olub.
Bu gün, 14:31
Bu gün, 14:28
Bu gün, 12:21
Bu gün, 11:40
Bu gün, 11:38
Bu gün, 11:34
Bu gün, 11:09
Bu gün, 09:45
Dünən, 15:14
Dünən, 15:10
Dünən, 15:04
Dünən, 15:02
Dünən, 15:02
Dünən, 14:24
Dünən, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06