İmaməddin Xəlilov: Qələbəmi şəhid ailələrinə həsr edirəm

Şükür ki, Azərbaycana ilk parataekvondo üzrə paralimpiya qızıl medalını gətirdim, çox qürurluyam.
 
Bunu APA-ya açıqlamasında Fransanın paytaxtı Paris şəhərində təşkil edilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov deyib. O hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss etdiyini qeyd edib.
 
"Qələbəmi şəhid ailələrinə həsr edirəm. Bununla fəxr edirəm. Bilirdim ki, mən çempion olacam”, - idmançı qeyd edib

Xəbər lenti
Çox oxunanlar