Avropa futbol qurumu Belçika Kral Futbol Assosiasiyasına (RBFA) sadəcə xəbərdarlıq etməklə kifayətlənib.
Qeyd edək ki, qarşılaşma “qırmızı şeytanlar”ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Oyundan əvvəl meydan sahibləri Azərbaycanın Dövlət Himni ilə bağlı yanlışlığa yol veriblər. Brüsseldə keçirilən matçda ilk olaraq İsveçin himni səsləndirilib. AFFA rəsmilərinin müdaxiləsindən sonra məsələ həll olunub.