Bu ölkə ilə ticarət dövriyyəmiz 7 dəfə artdı

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib. Bolqarıstan Azərbaycanın Avropa Birliyində əsas tərəfdaşlarından biridir. Son illər iki ölkə arasında iqtisadi və ticari əlaqələrin daha da dərinləşməsi müşahidə olunur.
Azdin.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.
Onun sözlərinə görə, iki ölkə arasındakı ticarət dövriyyəsi 2023-cü ildə 510.9 milyon dollar olub:
“Bu əvvəlki ilə nisbətən 57 faiz artım deməkdir. 2021-ci il ilə müqayisədə isə ölkələr arasındakı ticarət dövriyyəsi 7 dəfə artıb. Bu, illər üzrə rekord göstəricilərdəndir.

Xəbər lenti
Çox oxunanlar