Quş qripi yeni pandemiyaya səbəb olacaq? (ŞƏRH)

"Quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu ilə sürətlə yayılmaq imkanı əldə edərsə, onun geniş epidemiyalar yarada biləcəyi də realdır".
 
Bunu Azdin.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla quş qripinin mutasiya yaradaraq yeni pandemiyaya rəvac verə biləcəyi barədə səslənən xəbərdarlıqları şərh edərkən deyib.

Adil Qeybulla bildirib ki, həyəcan təbilinin çalınması yaxşı haldır:

"Amma bir şeyi nəzərə almalıyıq ki, bir infeksiyanın pandemiya yaratması üçün yüksək yolxuculuq indeksi tələb olunur". 
 
Həmsöhbətimiz qeyd edir ki, yalnız yolxuculuq indeksinin yüksək olması onu təmin edə bilər:

"Hazırda xəstəliyi yerindəcə lokallaşdıra bilmək üçn müasir təbabətin əlində xeyli imkan var. Quş qripi bir müddət idi ki, bəzi yerlərdə yayılmışdı. Hətta Azərbaycana da öz təsirini göstərmişdi. Lakin təbabətin imkanları sayəsində onun qarşısı alındı. Hazırkı situasiyada quş qripi mutasiyaya uğrayaraq hava damcı yolu və digər təmaslarla sürətlə keçmək imkanı qazanarsa, onun geniş epidemiyalar yaratması imkanı realdır. Əks halda bu cür yoluxmalar geniş arealı əhatə edə bilməz”. 
 


Xəbər lenti
Çox oxunanlar