"Xoş Gəldim" verilişinin qonağı olan ifaçı sponsorların "divan" təkliflərini qəbul etmədiyi üçün efirlərdən kənarda qaldığını iddia edib:
Mənə də sponsor təklifləri çox olub. Hətta bir vəzifəli şəxs deyirdi ki, çıx, de ki, naxçıvanlıyam, bakılı balası deyiləm, səni ulduz edim. Ad çəkmək istəmirəm, həmin şəxs indi vəzifədən gedib, baş hərfi "T"-dir.
O vaxt sponsor təklifləri mənə də, Röya Ayxana da gəlirdi. Mən ailəmi düşünürdüm və onları seçdim. Mənim üçün birinci növbədə ailədir. İndinin özündə də sponsor təklifləri gəlir.
Mən şou-biznesdən, mediadan küsüb uzaqlaşdım. Gördüm ki, hansısa barda striptiz oynayanlar gəlib müğənni olurlar. Bu saat hər şey kommersiyadır. Pulunu verirsən, efirə çıxırsan. Elə ondansa toyuma gedib oxuyaram, toydan da toy tutaram.
Mən sərt danışmıram, düz danışıram. Düz isə hər zaman düzdür!"