Deputatların tətili başa çatdı

Milli Məclisin deputatlarının tətili başa çatıb.
"Azdin.az" xəbər verir ki, millət vəkillərinin ötən ilin dekabrın 30-dan başlayan tətil müddəti yanvarın 15-də bitib.
Bu həftədən etibarən komitə iclaslarının keçirilməsinə başlanılacaq.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə - iyul ayının 15-dən avqust ayının 30-dək və yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. 
Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb mayın 31-dək davam edəcək.

Xəbər lenti
Çox oxunanlar