Azərbaycan pasportu ilə hansı ölkələrə vizasız getmək olar? - SİYAHI

Hazırda ikitərəfli dövlətlərarası müqavilələrə uyğun olaraq dünyanın 32 ölkəsinə vizasız, 46 ölkəsinə isə sərhəddə (hava limanında) viza alaraq səfər etmək mümkündür.
 
Azərbaycan vətəndaşlarının vizasız səyahət edə biləcəyi ölkələri iki qrupa bölmək olar. Birinci qrupa səfər üçün viza tələb olunmayan, ikinci qrupa isə viza giriş zamanı verilən ölkələr aiddir. Rusiya Federasiyası, Türkiyə, Gürcüstan, Ukrayna, Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus kimi ölkələrdə viza müddəti 90 gün təşkil edir. Məhz bu ölkələrə vətəndaşlarımız ümumvətəndaş pasportu ilə səyahət edə bilərlər.
 
Bu ölkələr və Azərbaycan Respublikası arasında qarşılıqlılıq prinsipi əsasında vətəndaşların ikitərəfli qaydada vizasız gediş-gəlişi rejimi tətbiq edilib. Azərbaycan və Türkiyə prezidentləri arasında bu mövzuda imzalanan sonuncu müqaviləyə əsasən, Azərbaycan vətəndaşları Türkiyəyə öz şəxsiyyət vəsiqələri ilə gedə bilirlər.
 
Vizasız səyahət edə biləcəyimiz ölkələr arasında Qətər də var. Burada viza müddəti 30 gündür.
 
Serbiya, Monteneqro, Bosniya və Herseqovinaya səyahət etmək istəyən vətəndaşlarımız üçün viza müddəti 90 gün, Malayziya (ümumvətəndaş, diplomatik, xidməti passport ilə) 30 gün, Honq-Konq (Çinin Xüsusi inzibati ərazisi yalnız diplomatik və xidməti pasport) -14 gün, Livana səyahət etmək istəyənlərə isə ümumvətəndaş pasportu ilə 30, diplomatik passport ilə 180, xidməti passport ilə 90 gün viza müddəti verilir. Qonşu İrana vizasız səyahət edən vətəndaşlarımız isə orada cəmi - 15 gün qala bilərlər.
 
Azərbaycan vətəndaşlarından səfər üçün viza tələb olunmayan ölkələrin siyahısı:
 
Albaniya
 
Antiquda
 
Barbuda

Baham adaları
 
Barbados

Belarus

Bosniya və
 
Hersoqovina

Ekvador

Fələstin

Gürcüstan
 
Haiti

İndoneziya

İran

Kolumbiya

Qazaxıstan

Qətər

Qırğızıstan

Makedoniya

Malayziya

Mikroneziya

Moldova

Montoneqro

Namibiya

Özbəkistan

Rusiya

Vintsent
 
Qrenadin

Tacikistan

Türkiyə

Ukrayna
 
Viza giriş zamanı verilən ölkələrin siyahısı:
 
Banqladeş

Boliviya

Cibuti

Dominika

İordaniya

Kamboca

Kabo -Verde
 
Qəmər adaları
 
Qvineya
 
Bisao

Livan

Laos

Makao

Malavi

Maqadaskar

Marşal adaları
 
Maldiv adaları
 
Mavritaniya

Mozambik

Mavrikiy

Nepal

Nikaraqua

Palau

Nepal

Ruanda

Samoa

Seyşel adaları
 
Şərqi Timor
 
Toqo

Tanzaniya

Tuvalu

Uqanda

Yamayka

Zimbabve

Qeyd edək ki, Azərbaycan "Henley & Partners Visa Restrictions Index" pasport reytinqində 72-ci yeri tutub. Ölkə vətəndaşları dünyanın 72 ölkəsinə vizasız gedə bilərlər./metbuat.az

Xəbər lenti
Çox oxunanlar