Türkiyədə atışma - 3 nəfər güllələndi

Türkiyənin Mardin şəhərində avtomobilə silahlı hücum olunub. 
"Azdin.az" xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Türkiyə KİV-lərinin məluymatına görə, Yeniköy məhəlləsində naməlum şəxs və ya şəxslər xarici dövlət nişanlı avtomobilə atəş açıb.
Yaralılar Nusaybin Dövlət Xəstəxanasına çatdırılıb. Hücum edənlərin tutulması üçün tədbirlər görülür.

Xəbər lenti
Çox oxunanlar