Zelenski G7 sammitinin açılışında iştirak edəcək

Ukrayna prezidenti Vlolodimir Zelenski fevralın 24-nə planlaşdırılan G7 onlayn sammitinin başlanğıcında iştirak edəcək. 
"Azdin.az" xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna lideri Yaponiya Nazirlər Kabinetinin katibi Hirokazu Matsuno tərəfindən salamlama nitqinə dəvət olunub.
"Görüşün əvvəlində Ukrayna prezidenti Zelenskinin iştirakı planlaşdırılır", - deyə o bildirib. 
Matsuno qeyd edib ki, Ukrayna münaqişəsi, Rusiyaya qarşı sanksiyalar və Kiyevə yardım sammitin əsas mövzusu olacaq.

Xəbər lenti
Çox oxunanlar