Dekabrın 25-də saat 19:30 radələrində Bakı-Quba yolunun 37-ci kilometrində Vüsal Xangəldiyev idarə etdiyi "Ford Tranzit" markalı yük maşını ilə yolu keçmək istəyən 1957-ci il təvəllüdlü Oruc Osmanovu vurub. Nəticədə piyada xəsarət alaraq yolun asfalt örtüyünün üzərində qalıb.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.//Qafqazinfo.az