Küçədə maşınla azyaşlını vuran şəxsə hökm oxundu

Abşeron Rayon Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Qadir Zamanovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Məhkəmənin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
 
İttihama görə, hadisə 04 iyun 2023-cü il tarixdə, saat 18:45 radələrində Abşeron rayonu, Qobu qəsəbəsində qeydə alınıb
 
Belə ki, Qadir Zamanov idarə etdiyi “Honda CRV” markalı avtomobili arxaya doğru hərəkət etdirərkən küçədə oynayan 3 yaşlı Aqil Rəhimovu vurub. Nəticədə azyaşlı aldığı xəsarətlərdən ölüb.
 
Hadisədən sonra Qadir Zamanov cinayət məsuliyyətinə cəlb edilib.

Xəbər lenti
Çox oxunanlar