Azərbaycanda istirahət mərkəzində bədbəxt hadisə: Gənc suya tullanan zaman başı daşa dəyərək öldü

Cəlilabad rayon sakini Masallıda ölüb.
 
Hadisə Masallıda yerləşən istirahət mərkəzlərindən birində qeydə alınıb.
 
Masallıya istirahətə gedən Cəlilabad rayonunun Qarazəncir kənd sakini, 2003-cü il təvəllüdlü Hasil Cəfər oğlu Cəfərov suya tullanan zaman başı daşa dəyib. O, aldığı xəsarətlərdən ölüb.
 
Meyit aidiyyatı üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar