Bakıda dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlandı

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanıb.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.
 
Araşdırma aparılır.


Xəbər lenti
Çox oxunanlar