Azərbaycanda evdə partlayış

Xacmaz rayonunun Nabran kəndində fərdi yaşayış evində partlayış baş verib.
 
Hadisə zamanı evdə olan Tovuz rayon sakinləri 33 yaşlı Elşən Müzəffərzadə, 32 yaşlı Növrəstə Namazova və 2 yaşlı Mərd Mirzəzadə müxtəlif dərəcəli xəsarətlər alıb.
 
İlkin məlumata görə, partlayış qaz sızması nəticəsində baş verib.
 
Hazırda fakt araşdırılır.
 
APA

Xəbər lenti
Çox oxunanlar