Mingəçevirdə suda üzən yeniyetmənin üstündən kater keçdi

Mingəçevir su anbarında yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.


Report-un məlumatına görə, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib. Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.


O, ağır halda xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti
Çox oxunanlar