Suraxanıda avtomobil qaçıran 3 yeniyetmə saxlanıldı

Suraxanı rayonu ərazisində “VAZ- 2106” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.
 
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq rayon ərazisində avtomobillə birgə saxlanılıblar.
 
Araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar