Balakəndə kafe yandı

Balakən rayonunda yerləşən kafedə yanğın baş verib.

"Azdin az" xəbər verir ki, hadisə Balakən şəhər Səttar Gözəlov küçəsində, 1967-ci il təvəllüdlü Hacıyev Fikrət Rüstəm oğluna məxsus kafedə baş verib. Yanğın yerinə Balakən Yanğından Mühafizə hissəsindən yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 70 kv/metr olan kafenin mətbəx hissəəsinin 2 kv/m hissəsi yanıb.


Yanğın məhdudlaşdırılıb və yanğın zamanı xəsarət alan olmayıb.

Xəbər lenti
Çox oxunanlar