Bakıda avtomobil polis əməkdaşını vurub

Bakının Xəzər rayonunda polis əməkdaşının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Binə qəsəbəsində yolu keçən polis əməkdaşı, 2001-ci il təvəllüdlü Hüseyn Məhərrəm oğlu Qulamovu avtomobil vurub.
O, digər polis əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
Çox oxunanlar