Gəncə Apellyasiya Məhkəməsində Ağstafa rayonunda 2 nəfərin ölümü ilə nəticələnən partlayışa görə təqsirləndirilən Yamin Əkbərovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Azdin.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə baş tutan məhkəmə iclaslarının audioyazısının iş materiallarına əlavə edilmədiyi müəyyən edilib.
Məhkəmə kollegiyasının ilkin baxış iclasında dövlət ittihamçısı cinayət işinin materiallarına birinci instansiya məhkəməsində keçirilən məhkəmə iclasının audioyazısının əlavə edilməməsi ilə əlaqədar qanunamüvafiq qərar qəbul edilməsini xahiş edib.
Qərara əsasən, cinayət işi Ağstafa Rayon Məhkəməsinə qaytarılıb.
Qeyd: 2023-cü il aprelin 22-si saat 21 radələrində Ağstafa rayonunun Vurğun qəsəbəsi ərazisində fəaliyyət göstərməyən köhnə heyvandarlıq fermasının ərazisində partlayış baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırma zamanı qeyd olunan ünvanda kömür istehsalı zamanı baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Cəmil Əsgərov və 1973-cü il təvəllüdlü Asim Bayramovun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra Yamin Əkbərov cinayət məsuliyyətinə cəlb edilib, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib.
Ağstafa Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Dünən, 14:31
Dünən, 14:28
Dünən, 12:21
Dünən, 11:40
Dünən, 11:38
Dünən, 11:34
Dünən, 11:09
Dünən, 09:45
3-07-2025, 15:14
3-07-2025, 15:10
3-07-2025, 15:04
3-07-2025, 15:02
3-07-2025, 15:02
3-07-2025, 14:24
3-07-2025, 11:19
2-07-2025, 15:45
2-07-2025, 10:15
2-07-2025, 10:13
2-07-2025, 10:12
2-07-2025, 10:06