Gəncə Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Zəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, E.Zəfərov etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib.
Belə ki, o, bu məqsədilə zərərçəkmiş Ü.Heydərlini Goranboy Rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsinə düzəldəcəyi barədə yalan vədlər verib. E.Zəfərov həmin şəxsdən 07 iyul 2022-ci il tarixdə Göygol rayonu ərazisində ümumilikdə 1001 manat pul alıb. Daha sonra təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyib və zərərçəkmişin şikayəti əsasında saxlanılıb, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
27-06-2025, 15:13
27-06-2025, 15:12
27-06-2025, 15:07
27-06-2025, 15:06
26-06-2025, 11:15
26-06-2025, 11:10
26-06-2025, 11:09
25-06-2025, 14:50
25-06-2025, 14:47
25-06-2025, 14:46
25-06-2025, 14:43
25-06-2025, 14:40
25-06-2025, 12:08
25-06-2025, 11:30
24-06-2025, 16:36
24-06-2025, 15:08
24-06-2025, 14:57
24-06-2025, 11:51
24-06-2025, 11:27
24-06-2025, 11:23