Sürücülük hüququ olmayan şəxs qəza törətdi - Ölən var

Şəmkir rayonunun Yeni Həyat kəndində ölümlə nəticələn yol qəzası olub.
 
2007-ci il təvəllüdlü Ayxan Amasovun idarə etdiyi “VAZ 21012” markalı avtomobillə Şəmkir rayonu, Şəmkir-Seyfəli avtomobil yolunun Yeni Həyat kəndinin ərazisində Şəmkir rayon istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək aşıb.
 
Nəticədə avtomobildə olan sürücü Ayxan Amasov və sərnişin 2009-cu il təvəllüdlü Alıyev Turxan İlham oğlu xəsarət alıb, digər sərnişin 1998-ci il təvəllüdlü Alıyev Orxan İlham oğlu aldığı xəsarətlərdən Şəmkir rayon Mərkəzi Xəstəxanasında ölüb.

Xəbər lenti
Çox oxunanlar